Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

8-ci kilometr bazarında bu məhsullarının satışı qadağan olundu - VİDEO

8-ci kilometr bazarında bu məhsullarının satışı qadağan olundu - VİDEO

Tarix: 10 Dekabr 2023 17:44

Bakıda, 8-ci kilometr bazarının bir hissəsində süd və süd məhsullarının satışı qadağan edilib. 

Milli Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hüquqi şəxs "Nəzrin-E" MMC-yə məxsus həmin hissədə planlı yoxlama aparıb.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu müəyyən edilib. 

Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov "Xəzər Xəbər"ə bildirib ki, araşdırma zamanı həmçinin bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Nəticədə həmin yerdə süd və süd məhsullarının satışı qadağan edilib.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bu cür planlı yoxlamalar davam etdiriləcək. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az


Etiketlər:  8 ci kilometr bazarında bu məhsullarının satışı qadağan olundu VİDEO


RƏYLƏR