Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hizbullah” İsrailin 7 hərbi məntəqəsinə hücum etdi

“Hizbullah” İsrailin 7 hərbi məntəqəsinə hücum etdi

Tarix: 10 Dekabr 2023 22:30

"Hizbullah" Livanın cənubundan İsrailin 7 hərbi məntəqəsinə hücum etdiyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Hizbullah" bununla bağlı açıqlama yayıb.

Cel el-Alem, Birket Rişe, Hunin, El-Abad, Zibdin, Ruveysat el-Alem və Yara hərbi məntəqələrinə idarə olunan raketlər və müvafiq silahlarla hücum edildiyi vurğulanıb.

Açıqlamada bütün hədəflərin tam dəqiqliklə vurulduğu, İsrail əsgərləri arasında ölən və yaralananların olduğu bildirilib.

Qeyd edək ki oktyabrın 8-dən İsrail ordusu ilə "Hizbullah" arasında baş verən qarşıdurmalarda 98 "Hizbullah" üzvü və 6 İsrail əsgəri həlak olub.

Milli.Az


Etiketlər:  Hizbullah İsrailin hərbi məntəqəsinə hücum etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ