Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüksək təzyiqi yaradan 2 SƏBƏB - Bunları aradan qaldırın

Yüksək təzyiqi yaradan 2 SƏBƏB - Bunları aradan qaldırın

Tarix: 11 Dekabr 2023 08:30

Hipertoniya orqanizmin kompensasiya reaksiyasıdır. Yəni ayrıca var olan xəstəlik deyil. Onun səbəbləri çoxdur. Amma ilkin başlanğıcda beyində qan dövranı pozulması zamanı orqanizm təzyiqi bu 2 səbəbdən qaldırır.

Sonxeber.net medicina.az-a istinadən geniş yayılmış həmin səbəbləri təqdim edir:

1. Boyun əzələlərinin gərginliyi, sıxılması

Başı qidalandıran 4 arteriyaların hamısı sonda boyundan keçib başa çatır. Yuxu arteriyaları ən qalın damarlardır, onları sıxmaq, əzmək asandır. Onurğa damarları isə nazikdir.

Boyunda arxa və yan əzələlərin gərginliyi zamanı onurğa fəqərələri sıxılır, ondan keçən damarlar qanı yaxşı qovmur. Beyin pis qidalanır, burdan da yüksək təzyiq və baş ağrıları başlayır. Buna makrosirkulyar səbəb deyilir.

2. Qanın turşluğu

Bu səbəb mikrosilrkulyar adlanır.

Beyinə oksigen qanda eritrositlər vasitəsilə daşınır. Bu ən xırda damarlar - kapilyarlar vasitəsilə baş verir. Kaplyarlar qanda olan faydalı maddələri orqanlara və hüceyrələrə çatdırır.

Kapilyarın diametri eritrositin diametrindən kiçikdir. Eritrosit boru kimi bükülərək damara düşə bilər.

Qanda yüksək turşuluq olanda eritrositlər şişir və boru kimi bükülə bilmir və kapilyarın içinə də keçə bilmir. Toxumalar oksigensiz qalır, beyinə siqnal gedir ki, biz havasızıq.

Ona görə beyin təzyiqi qaldırır. Bu zaman damar genişlənir, eritrosit ona keçə bilir.

Bəs nə etməli:

Mütləq boyun əzələlərinin yumşalması, rahat olmasını təmin etməli. Bunun üçün xüsusi məşqlər, idman və masaj var. Eləcə də manual terapevtə müraciət edə bilərsiniz.

- Qanın turşu mühitini azaldıb, qələviliyini təmin etmək lazımdır.


Etiketlər:  Yüksək təzyiqi yaradan SƏBƏB Bunları aradan qaldırın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ