Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 19:10
Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Hekken" oyununa bilet satışı davam edir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşma üçün artıq 18 min 700 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq,
VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 250 manatdır.