Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 01:00
İslam dininə görə müsəlman qadın naməhrəm kişilərin yanında mütləq hicaba riayət etməlidir. Hicaba riayət etməyən qadın böyük günah qazanmış olur. Amma məhrəmlər burada istisna təşkil edir. Kimlərin məhrəm sayılması şəriət kitablarında ətraflı izah edilmişdir. Məhrəmliyə səbəb olan qohumluğun başında övlad-valideyn münasibətləri durur. Qadına öz oğlu və nəvəsi məhrəm sayılır. Övladlıq münasibəti sonradan evlənmə və süd vermə vasitəsilə yaransa da keçərli sayılır. Yəni qadının ögey övladları da ona məhrəmdir. Həyat yoldaşının digər arvadından olan oğlu onun doğma övladı olmasa da, ərinin övladıdır və bu yolla ona məhrəmdir.