Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirzoyan Putinin həbsinə kömək etdiklərini açıqladı

Mirzoyan Putinin həbsinə kömək etdiklərini açıqladı

Tarix: 12 Dekabr 2023 15:16

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməklə qlobal hüquq sisteminin gücləndirilməsinə kömək edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığına üzv ölkələrin nazirlərinin görüşündə çıxışı zamanı deyib.

"Ermənistan bu addımı ilə öz milli maraqları əsasında qərar qəbul etmək üçün suveren hüququnu təsdiqləyib", - o bildirib.

Qeyd edək ki, BCM 17 dekabrda Rusiya lideri Vladimir Putinin həbsinə order verib. Roma Statutunu ratifikasiya edən ölkələrin bu qərarı icra etməsi məcburidir.

Ermənistan Roma Statutunu oktyabrda ratifikasiya edib.


Etiketlər:  Mirzoyan Putinin həbsinə kömək etdiklərini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ