Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbdə dəhşətli olay - 10-larla şagird və direktor yaralandı

Məktəbdə dəhşətli olay - 10-larla şagird və direktor yaralandı

Tarix: 12 Dekabr 2023 19:28

Almanyanın paytaxtı Berlinin Neukölln rayonunda məktəbdə baş verən kütləvi davada ən azı 49 nəfər xəsarət alıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

Kütləvi davaya səbəb kimi şagirdlər arasında yaranan fikir ayrılığı göstərilib. 14-15 yaşlı 5 yeniyetmə mübahisə zamanı bir-birinin üzərilərinə bibər qazı sıxıblar. Bu tədricən kütləvi davaya çevrilib. İki müəllim davanı dağıtmaq istəyəndə onlara qarşı da qazdan istifadə olunub. Məktəb direktoru şagirdləri ayırmaq istəyərkən qolunu sındırıb.

Qeyd edilib ki, hadisə yerinə polis əməkdaşları gəlib. Asayişi pozanlardan biri hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir edib, hədələyib, bundan sonra onu saxlayıblar. Kütləvi davada iştirak edən yeniyetmələr valideynlərinə təhvil verilib.


Etiketlər:  Məktəbdə dəhşətli olay larla şagird direktor yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ