Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ümummilli lider Heydər Əliyev Ankarada anılıb - FOTO

Ümummilli lider Heydər Əliyev Ankarada anılıb - FOTO

Tarix: 12 Dekabr 2023 23:18

Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) ev sahibliyi və Azərbaycan Səfirliyinin birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü və əbədiyyətə qovuşmasının 20-ci ildönümünə həsr olunmuş anım toplantısı" keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, tədbirdə Türkiyənin Gənclər və İdman Nazirinin müavini Enes Eminoğlu, TADİV prezidenti və Prezident Təhlükəsizlik və Xarici Siyasət İdarə Heyətinin üzvü professor Aygün Attar, Hacəttəpə Universitetinin rektoru Mehmet Cahit Güran, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Heydər Əliyevin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə məruzəçi qismində iştirak ediblər.

Tədbir bir dəqiqəlik sükut, iki ölkənin himnlərinin səsləndirilməsi və Ümummili liderə həsr olunmuş video nümayişi ilə başlayıb.

Çıxış edənlər H.Əliyevin müasir Azərbaycan tarixindəki yerindən, onun Azərbaycanı parçalanma təhlükəsindən xilas etməsindən danışıblar.

Milli.Az


Etiketlər:  Ümummilli lider Heydər Əliyev Ankarada anılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ