Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 23:56
Livanın paytaxtı Beyrutda səhər saatlarında qəfildən başlayan leysan qısa müddətdə daşqınlara səbəb olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, güclü yağışdan sonra Beyrut Beynəlxalq Hava Limanının sərnişin terminalını su basıb.
Sosial mediada paylaşılan görüntülərdə eskalator və tualetlərin su altında qaldığı, Livana daxil olan sərnişinlərin çamadanlarını suda daşıdığı görünür.