Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu 2023-cü ildə vurduğu 50-ci qolunu belə şərh etdi

Ronaldu 2023-cü ildə vurduğu 50-ci qolunu belə şərh etdi

Tarix: 13 Dekabr 2023 01:32

"Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu komandanın Kral Kubokunun yarımfinalına yüksəlməsini və 2023-cü ildə 50-ci qolunu vurmasını şərh edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Möhtəşəm qələbə və mən 2023-cü ildəki 50-ci hədəfimi elan etməkdən məmnunam, bütün bunlar komanda yoldaşlarımın, azarkeşlərimin və ailəmin sarsılmaz dəstəyi sayəsində oldu! Bu il hələ bir neçə qolun da yeri var", - deyə Ronaldu bildirib.

Xatırladaq ki, Ronaldu 2023-cü ilin yanvarından "Ən-Nəsr"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Ronaldu "Ən-Nəsr"in heyətində bütün turnirlərdə 22 oyun keçirib və 20 qol vurub və 10 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Ronaldu 2023 ildə vurduğu qolunu belə şərh etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ