Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İfşası yayıldığına görə qovulan müdirin valideynlə münasibəti üzə çıxdı - Məktəbdə ŞOK - FOTO

İfşası yayıldığına görə qovulan müdirin valideynlə münasibəti üzə çıxdı - Məktəbdə ŞOK - FOTO

Tarix: 13 Dekabr 2023 06:46

S.Ö. Antalyada orta məktəbdə direktor vəzifəsində çalışarkən eyni məktəbdə bir qadın müəllimlə münasibətdə olduğu səbəbilə aparılan araşdırmadan sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzaqlaşdırılan 48 yaşlı direktor ibtidai məktəbdə müəllim kimi işləməyə başlayıb. Bu dəfə isə o burada bir valideynlə münasibətdə olub.

Bununla kifayətlənməyən müəllim arvadı kimi təqdim etdiyi sevgilisi ilə müəllimlər otağında şəkil çəkdirərək məktəbin sosial media hesablarında paylaşıb.

Müəllimlərdən biri bu barədə İlçe Milli Təhsil Müdirliyinə şikayət edilib.

Müəllimin həyat yoldaşı da davam edən boşanma işinə fotoları təqdim edib.

İddialarla bağlı bir şagirdin valideyni bildirib ki, "Hazırda bu şəxsin valideynlərdən biri ilə münasibəti var. Bu adam evlidir, 2 övladı var. Bu barədə valideynlərə məlumat verildikdə, keçən gün məktəbdə müəllimlər və valideynlərlə iclas keçirdik. Özünü müdafiə etmək üçün  'Mənim ehtiyaclarım ola bilməz? demişdi. Hətta uşaqların bəziləri bu valideynin hətta dərslərə girib partaların üstündə oturduğunu deyir".

Milli.Az


Etiketlər:  İfşası yayıldığına görə qovulan müdirin valideynlə münasibəti üzə çıxdı Məktəbdə ŞOK FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ