Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roma Papası ölümündən sonra orada dəfn olunmaq istəyir

Roma Papası ölümündən sonra orada dəfn olunmaq istəyir

Tarix: 13 Dekabr 2023 13:26

Roma Papası Fransisk dünyasını dəyişdikdən sonra Romada yerləşən "Santa Maria Maggiore" bazilikasında dəfn olunmasını istəyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Roma Papası bu barədə Meksikanın "N+" telekanalına müsahibəsində danışıb. 

"Yer artıq hazırlanıb, "Santa Maria Maggiore"də dəfn olunmaq istəyirəm. çünki bu yerə çox sadiqəm, həmişə ora gedirdim", - deyə Papa qeyd edib. 

O, həmçinin özünü hazırda yaxşı hiss etdiyini qeyd edib.

Xatırladaq ki, 86 yaşlı Papa dekabrın əvvəli qripə yoluxduğu üçün BMT-nin iqlimlə bağlı Dubayda keçirilən sammitində iştirak etməyib.

Milli.Az


Etiketlər:  Roma Papası ölümündən sonra orada dəfn olunmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ