Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Toy kanalı açsınlar, rəhbəri də Zaur Kamal olsun"

Tarix: 13 Dekabr 2023 13:45

"Musiqim üçün ürəyim yanır. İnsan peşəsindən sui istifadə etməməlidir. Səsim yoxdur həmin mahnıları oxuyum? Onlardan da qəşəng oxuyaram. Amma elə mahnı oxusam, kiminsə uşağının zövqünü korlayacağam". 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "İncə səhər" verilişində deyib.

Sənətçi efirdə bayağı mahnıların səsləndirilməsini təqnid edib. 

Səidə aparıcı Zaur Kamalla bağlı qalmaqallı açıqlama verib:

"Toyu etmişik birinci mədəniyyət. Hərdən düşünürəm ki, Üzeyir Hacıbəyov, Vaqif Gərayzadə, Tofiq Quliyev, Vaqif Gərayzadə niyə həmin mahnıları yazıb? Sonra deyirəm ki, elit təbəqə var idi, ona görə. Bu mahnıları oxuyan indi çıxan balaca qızlardır. Hamısı bilir kimi deyirəm. Hamısının şirin səsi var, sadəcə zövqlü deyillər. Qorxurlar ki, toy itirərlər. Bir kanal açsınlar, toy mədəniyyəti olsun. Həmin müğənniləri ora çağırsınlar. Rəhbəri də olsun Zaur Kamal. Onun üstünə bu iş oturur".

Milli.Az


Etiketlər:  Toy kanalı açsınlar rəhbəri Zaur Kamal olsun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ