Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Ukraynanın qələbəsi ilə bağlı suala güldü – VİDEO

Bayden Ukraynanın qələbəsi ilə bağlı suala güldü – VİDEO

Tarix: 13 Dekabr 2023 20:46

ABŞ Prezidenti Co Bayden jurnalistin ona ünvanladığı "Ukraynanın qalib gəlməsini istəyirsiniz, yoxsa yox" sualına gülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatında video yayılıb. Görüntülərdə jurnalist Amerika liderindən soruşur: "Prezident Bayden, Ukraynanın qalib gəlməsini istəyirsinizmi?"

Bayden isə cavab olaraq növbəti sualı vermək istədiyi jurnalistə barmağını göstərərək gülür. Və sualı cavabsız qoyur.

"Hə, ya yox?" - deyə jurnalist təkrar sual verir.

Amerika Prezidenti gözlərini yumub, daha da gülümsəyir və başını bulayır.

Milli.Az


Etiketlər:  Bayden Ukraynanın qələbəsi ilə bağlı suala güldü VİDEO


RƏYLƏR