Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təvəkkülün mənası

Təvəkkülün mənası

Tarix: 14 Dekabr 2023 04:00

Bunu da hamımız bilirik ki, yaxşı vəkilin dörd sifətinin olması vacibdir.

1. Kifayət qədər məlumatlı olmaq. İnsan elə bir vəkilə müraciət edib işlərini ona həvalə etməlidir ki, həmin vəkil öz sahəsində savadlı, elmli və kifayət qədər məlumatlı olsun.

2. Əmanətdar olmaq. Vəkilin əmanətdar olması insan üçün ən vacibi şərtlərdəndir. Çünki vəkil dələduz, hiyləgər və xəyanətdar olarsa, belə bir vəkilə işləri ilə əlaqədar müraciət etmiş insan ömrünün axırına qədər peşman olacaqdır.

3. Qüdrət və bacarıqlı ola. Vəkilin qüdrətli, nüfuzlu, sözükeçən və bacarıqlı olması da həmin vəkilin insanın işində yardımçı ola biləcəyinə inamı artırır.

4. Ürək yandıran ola. Yəni öz çətin işlərində ona müraciət etmiş insanın narahatlığını, qəm-kədərini, narahatçılığını yaxşı dərk edə və həmin şəxsə kömək edərək önun qəlbinə sevinc və şadlıq daxil edə bilə.

Deməli, yaxşı və layiqli vəkil bu dörd sifət və xüsusiyyətə malik olmalıdır.

Elə isə Allah Taaladan daha yaxşı vəkil kim ola bilər?! Təbii ki, heç kim!

Allah Taalaya təvəkkül etmiş, başqa sözlə Onu özünə vəkil seçmiş insan işlərini Allah Taalaya tapşırır və Ona etimad edir.

İnsan ağılı ilə yaxşı şəkildə düçündükdə, varlıq aləmini yaxşı dərk etdikdə görür ki, bütün işlərdə yeganə həqiqi təsir edici varlıq yalnız Allah Taaladır. Yəni bir şeyi Allah istəsə o mütləq olar və Allahın istəyi ilə hər bir şey öz təbii xasiyyətini də dəyişər.

Məs: Odun xasiyyəti yandırmaqdır amma həmin od İbrahim peyğəmbəri yandırmadı.

Dənizin xasiyyəti onun dərinliklərində qərq olmaqdır lakin həmin dəniz Musa peyğəmbəri qərq etmədi.

Yırtıcı balığın xasiyyəti tutduğunu parçalayıb yeməkdir lakin Yunus peyğəmbərə toxunmadı, qarnında salamat halda saxladı.


Etiketlər:  Təvəkkülün mənası


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ