Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şəbnəm Tapdıq 6 ildir məndən əl çəkmir''

''Şəbnəm Tapdıq 6 ildir məndən əl çəkmir''

Tarix: 14 Dekabr 2023 16:25

Xəbər verdiyimiz kimi, Əməkdar artist Şəbnəm Tapdıq müğənni Şəbnəm Tovuzlunu məhkəməyə verib. 

Sonxeber.net bildirir ki, axşam.az-a açıqlama verən Şəbnəm bildirib ki, Ş.Tapdıq onunla bağlı yalan iddia irəli sürüb:

"Şəbnəm deyir ki, guya məni məhkəməyə adımı dəyişmək üçün verməyib. Guya, mən onunla bağlı yalandan demişəm ki, anamla rəfiqə olublar. Mən anamı heç görməmişəm. Anam sağ olanda yaş yarım idim. Ondan sonra yanımda olmayıb. Necə elə söz deyə bilərəm? 6 ildir Şəbnəm Tapdıq məndən əl çəkmir, onu yola verirəm, mülayim davranıram. Evə məhkəmə kağızının gəlməsi heç yaxşı olmadı. 

Vəkilim məhkəməyə gedəcək, görək nə olur".

Qeyd edək ki, Şəbnəm Tapdıq məhkəməyə müraciət edərək Şəbnəmin adını dəyişməsini tələb edir.   


Etiketlər:  Şəbnəm Tapdıq ildir məndən çəkmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ