Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı keçiriləcək

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı keçiriləcək

Tarix: 14 Dekabr 2023 22:15

15 - 22 dekabr tarixlərində Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı keçiriləcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar artist Ramil Qasımov festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazova təşəkkürünü bildirib.

Qeyd edib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının layihəsi olan festival bu il yeniliklərlə yadda qalacaq. İlk dəfə Azərbaycan bəstəkarlarının klassik vokal üslubunda yazılan yeni əsərləri təqdim olunacaq. Bu təqdimatlar Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə reallaşacaq.

Festival çərçivəsində dekabrın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Bülbül vokal məktəbi" adlı konsert təşkil olunacaq.  Azərbaycan professional vokal sənətinin banisi Bülbülün əziz xatirəsinə həsr olunacaq gecədə Azərbaycan klassik operalarından incilər səslənəcək. Musiqi axşamının sonunda Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov Ümummilli lider Heydər Əliyevə həsr edilən, musiqisi Xalq artisti Faiq Sücəddinova, sözləri İlqar Fəhmiyə məxsus olan əsəri ilk dəfə ifa edəcək.

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının təntənəli bağlanış mərasimi 22 dekabr tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək. "Viva Puççini" adlı gecədə Cakomo Puççininin operalarından parçalar səsləndiriləcək.

Milli.Az


Etiketlər:  Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ