Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Fənərbağça” 1/8 finalda

“Fənərbağça” 1/8 finalda

Tarix: 15 Dekabr 2023 07:44

Türkiyənin "Fənərbağça" komandası UEFA Konfrans Liqasında səkkizdəbir finala yüksəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, İstanbul təmsilçisi buna qrup mərhələsinin son turunda Slovakiyanın "Spartak" (Trnava) klubunu darmadağın etməklə nail olub.

İsmayıl Kartalın başçılıq etdiyi komanda doğma meydanda rəqibinə 4 cavabsız qolla qalib gəlib. Qolları 36-cı dəqiqədə Fərdi Kadıoğlu, 48-ci dəqiqədə Dominik Takaç (avtoqol), 60-CI və 61-ci dəqiqələrdə isə Edin Ceko vurublar.

"Fənərbağça" bu qələbə ilə xallarını 12-yə çatdırıb və qrup ikincisi kimi pley-offa adlayıb. Bolqarıstanda Danimarkanın "Norşelland" komandasını üstələyən "Ludoqorets" isə qrup qalibi olub.

Milli.Az


Etiketlər:  Fənərbağça 18 finalda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ