Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın rəqibi bu 8 komandadan biri olacaq

“Qarabağ”ın rəqibi bu 8 komandadan biri olacaq

Tarix: 15 Dekabr 2023 07:48

"Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-off - 1/16 final mərhələsinə vəsiqəni təmin etdi.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakıda "Hekken" (İsveç) üzərində qələbə qazanan (2:1) Ağdam təmsilçisi qrupu 2-ci yerdə başa vurmaqla yarışın növbəti mərhələsində oynamaq hüququ əldə etdi. Bu qrupun lideri "Bayer" (Almaniya) isə Avroliqadakı digər qrup liderləri kimi 1/8 finala birbaşa vəsiqə qazandılar.

1/16 finalda "Qarabağ"ın rəqibi Çempionlar Liqasında qrup 3-cüsü olan aşağıda adları qeyd edilən 8 komandadan biri olacaq:

"Qalatasaray" (Türkiyə)

"Lans" (Fransa)

"Braqa" (Portuqaliya)

"Benfika" (Portuqaliya)

"Feyenoord" (Niderland)

"Yanq Boyz" (İsveçrə)

"Milan" (İtaliya)

"Şaxtyor" (Ukrayna)

Bu mərhələnin püşkatma mərasimi dekabrın 18-də UEFA-nın Nyon (İsveçrə) şəhərindəki qərargahında keçiriləcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

1/16 finalın ilk oyunu 2024-cü ilin 15 fevralında, cavab matçı 22 fevralda olacaq.

Milli.Az


Etiketlər:  Qarabağın rəqibi bu 8 komandadan biri olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ