Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xatun oğlunun toyundan danışdı: ''Mənə 50 min manat...”

Xatun oğlunun toyundan danışdı: ''Mənə 50 min manat...”

Tarix: 15 Dekabr 2023 14:15

"Oğlum Adilin toyundan mənə 50 min manat pul qaldı". 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Bir il əvvəl oğlu Adilə təmtəraqlı toy məclisi keçirən sənətçi bildirib ki, Xalq artisti Aygün Kazımova pulsuz iştirak edib, Xalq artisti Röya isə iştirak etməsə də, zərfdə nəmər göndərib: 

"Oğlum Adilin toyunda 360 nəfər qonaq var idi. Çox gözəl məclis keçdi. Aygün Kazımova sırf mənim üçün toya havayı gəlmişdi. Onun bu addımını hər dəfə deyib, alqışlayıram. Röya Ayxanı da toya çağırmışdım. Amma Bakıda olmadığına görə gələ bilmədi. Amma buna rəğmən zərfdə nəmərini göndərdi. Aygün xanım və Röya xanım bu ölkədə adını brend ediblərsə, bu elə-belə deyil. Onlar ikisi də zəhmətkeşdirlər. Röya xanım söylədi ki, oğlunun toyuna gələ bilməsəm də, hədiyyəni göndərəcəyəm. İnsanlığına bələd olmadığım Xalq artisti üçün yerimdən qalxmaram". 


Etiketlər:  Xatun oğlunun toyundan danışdı Mənə manat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ