Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiya onları öldürmək üçün "ordu" hazırlayır

Yaponiya onları öldürmək üçün

Tarix: 15 Dekabr 2023 19:38

Yaponiya hakimiyyət orqanları qədim tikililərə ziyan vuran dələləri məhv etmək qərarına gəliblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, çoxlu taxta məbədin yerləşdiyi Kamakura şəhər hökumətinin dələ problemini həll etmək üçün təxminən 50 min dollar xərcləmək istədiyi açıqlanıb. "Mainichi" qəzetinin yazdığına görə, onlar sakinlərə qəfəslər verməyi, turistlərə dələlərə yem verməməyi bildirən plakatlar asmağı və dələləri öldürmək üçün insanları işə almağı planlaşdırırlar.

Kamakuradakı ətraf mühit fəalları da invaziv növlərin Yaponiyanın biomüxtəlifliyinə yaratdığı təhlükəni tanıyır və onların məhv edilməsinə dəstək verirlər.

Hazırda Yaponiyada 150-dən çox heyvan və bitki növü invaziv sayılır və ətraf mühit nazirliyi tərəfindən "xarici işğalçılar" siyahısına salınıb.

Milli.Az


Etiketlər:  Yaponiya onları öldürmək üçün ordu hazırlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ