Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 23:00
Bu resept tərkibinə görə sümük-oynaq üçün ən idealdır. Effekti sınanılıb. Reseptin mənbəyi Çindir.
Oynaqların qığırdağını, sümüklərin sağlamlığını qoruyur, problemləri aradan qaldırır.
Sonxeber.net medicina.az-a istinadən ayaq, diz, əl, boyun, bel ağrılarında tətbiq edilən resepti təqdim edir:
150 qr istənilən növ qida jelatini alın- marketlərdə satılır.
Axşam şüşə kasaya 5 qr jelatin əlavə edib, üzərinə yarım fincan soyuq su tökün.
Bu qarışım otaqda saxlanılır. Jaletin şişib artacaq, jele kimi kütləyə dönəcək.
Səhər bu qarışımı acqarına için.
Əgər dadı xoşunuza gəlməsə, bal qata bilərsiniz.
Prosedur 7 gün ardıcıl edilir.
3 aydan sonra yenidən 7 gün təkrar etmək olar.
Jelatin heyvan mənşəli məhsul olub, iribuynuzlu mal-qaranın kollagenindən, sümük oynaq məhsullarından alınır.