Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 00:45
Bəzi yuxular gizli xəstəlik proseslərindən və orqanizmdə baş verən təhlükəli dəyişikliklərdən xəbər verə bilər.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, rusiyalı həkim aparıcı Myasnikov kabus və qorxulu yuxuların xəbərdar edici yuxular ola bilər.
Tez-tez görülən və insana mənfi, qorxu emosiyaları yaşadan ağr yuxular ürəkdə stenokardiyadan tutmuş şişlərə kimi xəstəliklərin siqnalıdır.
Həkim öz təcrübəsindən faktı bölüşüb:
"Bir xəstə aylarla tez-tez gördüyü yuxunun təsiri altında idi: ona hücum edir, tutur və dəfn edirdidilər.
Xəstədə heç bir fizioloji ağrı, ciddi xəstəlik yox idi. Amma bu yuxular ondan əl çəkmirdi. Biz onu daha dərindən çek-ap etdik və onda ağır formaya keçmiş stenokardiyanı aşkarladıq. Bu xəstəlik aşkar olunmasaydı, qəfil ölümə səbəb olacaqdı
"Eləcə də kabus dolu yuxular baş beyin şişi, immunitet zəifliyi, autoimmun proseslər, qalxanvari vəz, ürək, qaraciyər xəstəliklərindən qaynaqlana bilər.
Antibiotik, antidepressant, statinlər, beta blokatorlar, allergiya dərmanları da yuxunun keyfiyyətini pozur və dəhşət dolu yuxular yaşadır" - deyə həkim bildirib.