Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 19:26
"Çıxışımızdan razıyam. Çox güclü qrupumuz var idi və bunun asan olmayacağını bilirdik. Qrupumuzda Almaniyanın çox məşhur komandası olan "Bayer" Leverkuzen var idi".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao ölkəsiin "Tntsports" nəşrinə açıqlamasında deyib.
"Pley-offa çıxmaq üçün çox iş gördük. Bu, böyük xoşbəxtlik və müvəffəqiyyət hissi üçün bir səbəbdir. Ancaq işimiz burada bitmir. Növbəti mərhələyə yaxşı hazırlaşmaq üçün qarşıdakı oyunlara diqqət etməliyik"- deyə o bildirib.
Futbolçu 1/16 final mərhələsində Portuqaliya klublarından biri ilə qarşılaşmaq istədiyini vurğulayıb: "Çünki "Qarabağ"a keçməmişdən əvvəl bu ölkədə çıxış edirdim. Bu, əla olardı. İki mövsüm "Santa-Klara"da oynadım. Amma hansı komanda ilə düşməyimizdən asılıq olmayaraq, hazır olmalıyıq. Çox çalışmalı və performansımızın aşağı düşəməsinə imkan verməməliyik. yaxşı matçlar oynamaq istəyirik. Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?".