Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Zirə" "Turan Tovuz"a məğlub oldu

Tarix: 16 Dekabr 2023 20:40

Azərbaycan Premyer Liqasında XVII tur davam edir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Liderlər qrupunda qərarlaşan "Zirə" aşağı pillələrdə qərarlaşan "Turan Tovuz"un qonağı olub. Tovuz şəhər stadionunda baş tutan görüşün taleyini 1 qol həll edib. Fərid Nəbiyev 76-cı dəqiqədə vurduğu yeganə qolla ev sahiblərinə 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra 8-ci pillədə qərarlaşan "Turan Tovuz" xallarının sayını 19-a çatdırıb. "Zirə" isə 29 xalla 2-ci yerdə qalıb.

Qeyd edək ki, tura dekabrın 18-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

Milli.Az


Etiketlər:  Zirə Turan Tovuza məğlub oldu


RƏYLƏR