Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ esminesi Qırmızı dənizdə 14 PUA-nı vurdu

ABŞ esminesi Qırmızı dənizdə 14 PUA-nı vurdu

Tarix: 16 Dekabr 2023 21:10

Bu gün Qırmızı dənizdəki ABŞ esminesi Yəməndə husilərin nəzarətində olan ərazidən buraxılan 14 PUA-nı vurub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayıb.

"Dekabrın 16-da səhər saatlarında ABŞ-ın "Carney" esminesi Qırmızı dənizdə Yəməndə husilərin nəzarətində olan ərazidən buraxılan 14 PUA-nı uğurla vurub".

Məlumata görə, vurulan pilotsuz uçuş aparatları hücum xarakterli dronlar olub. Qırmızı dənizdə gəmilərə heç bir ziyan dəyməyib.

Milli.Az


Etiketlər:  ABŞ esminesi Qırmızı dənizdə 14 PUA vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ