Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 23:54
Türkiyənin müxalif İYİ Partiyasının Diyarbəkir vilayəti üzrə regional şöbəsinin rəhbəri Vezdin Ensarioğlu dekabrın 16-da partiyanı təxminən 13 min nəfərin tərk etdiyini bildirib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
"Mən və rayon şöbəsinin 12 750 üzvü 2018-ci ildən uğrunda mübarizə apardığımız İYİ Partiyadan istefa ərizəsi veririk", - deyə Ensarioğlu sosial şəbəkədə yazıb.
Mayın sonundan etibarən partiya koalisiya seçkilərində iştirakına görə orta nəticə göstərdikdən sonra istefalar və qalmaqallarla sarsılır.
Prezident və parlament seçkilərindən sonra koalisiya dağıldı və İYİ Partiyanın lideri Meral Akşener artıq birliklərə qoşulmaq fikrində olmadığını və 31 martda keçiriləcək bələdiyyə seçkilərində tək iştirak edəcəyini açıqladı.
CHP-nin yeni lideri Özgür Özəl onu inandırmağa çalışsa da, uğursuzluğa düçar olub. Daha sonra Akşenerin ünvanına tənqidlər yağmağa başlayıb.
Noyabr ayına olan rəsmi məlumatlara görə, İYİ Partiyasının 617 mindən çox üzvü var və bu göstəriciyə görə ölkədə üçüncü yerdədir.