Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messidən sonra ''Barselona''nın çatışmayan cəhəti AÇIQLANDI

Messidən sonra ''Barselona''nın çatışmayan cəhəti AÇIQLANDI

Tarix: 17 Dekabr 2023 04:46

"Barselona"nın baş məşqçisi Xavi hesab edir ki, Kataloniya klubunun hazırda stabil fəaliyyət göstərməyən güclü layihəsi var.

Sonxeber.net lent.az-a istinadla bildirir ki, baş məşqçi Messidən sonra klubun çatışmayan cəhətini açıqlayıb.

"Böyük nailiyyətlər əldə edən digər komandaların bütün layihələri sabitdir. Biz qalib layihəyik. İspaniyanın hazırkı çempionuyuq. Sabitlik! Bu, Messidən sonrakı dövrdə və klubun çox çətin iqtisadi vəziyyətdə olduğu bir vaxtda çatışmayan cəhətimizdir", - İspaniyanın "Mundo Deportivo" nəşri Xavinin sözlərindən sitat gətirir.

Xatırladaq ki, "Barselona"nın hücumçusu Lionel Messi 2021-ci ilin yayında "Barselona"dan PSJ-yə keçib. Həmin vaxtdan Kataloniya klubu İspaniya çempionu (2022/2023 mövsümü) olmaqla yanaşı, İspaniya Superkubokunu da (2022/2023 mövsümü) qazanıb.


Etiketlər:  Messidən sonra Barselonanın çatışmayan cəhəti AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ