Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan gələn Milad hədiyyələrini müsadirə edəcəklər

Rusiyadan gələn Milad hədiyyələrini müsadirə edəcəklər

Tarix: 17 Dekabr 2023 14:36

Almaniya gömrüyü Rusiyadan ölkəyə gələn Milad hədiyyələrini sanksiyalar rejiminə riayət etmək zərurəti ilə müsadirə edə biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Almaniya Gömrük Xidmətinin saytında məlumat verilib.

"Rusiyadan müxtəlif növ çoxlu malların idxalı qadağandır. Buraya həmçinin hədiyyə bağlamalarının tipik məzmunu ola bilən mallar, məsələn, sellüloz-kağız, ağac və ağac məhsulları, daşlar və qiymətli metallar, siqaretlər, plastik məmulatlar və kimya məhsulları, o cümlədən kosmetika kimi hazır kimyəvi məhsullar daxildir", - deyə xidmət qeyd edib.

Beləliklə, hətta kitabların və ya oyuncaqların Almaniyaya daşınması qadağan edilə bilər.

Eyni zamanda gömrük heç bir istisnanın nəzərdə tutulmadığını qeyd edib. Yəni sanksiyalara məruz qalan məhsullara həbs qoyula bilər.

Milli.Az


Etiketlər:  Rusiyadan gələn Milad hədiyyələrini müsadirə edəcəklər


RƏYLƏR