Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 14:58
Rusiyanın NATO ölkələrinə qarşı nə heç bir ərazi iddiası, nə də döyüşməkdə marağı yoxdur.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" proqramına müsahibəsində deyib.
Rusiya prezidenti ABŞ lideri Co Baydenin Moskvanın guya NATO-ya hücum edə biləcəyi ilə bağlı açıqlamalarını cəfəngiyyat adlandırıb:
"Bu tam cəfəngiyatdır. Düşünürəm ki, prezident Bayden bunu başa düşür, bu, sadəcə olaraq, Rusiya istiqamətində yanlış siyasətinə haqq qazandırmaq üçün bir ifadədir".