Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 17:20
"Vəziyyətimə baxın, bəxtəvərlik verməyin bizə. Toydan yarımçıq çıxmışam. Təcili yardım gəlməsəydi, ölmüşdüm".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Lətafət Ələkbərova sosial şəbəkədə paylaşdığı videoda deyib. O, bütün bədəninin səpdiyini, lakin qızılca olmadığını bildirib:
"Gözləyirik ki, allergiya sakitləşsin. Çünki artıq nəfəsim belə kəsilmişdi. Təcili tibbi yardım sağ olsun, 10 dəqiqə ərzində gəldi. Bütün bədənim bu vəziyyətdədir. Əvvəl qorxdum ki, qızılcadır, amma allergiya olduğumu dedilər".