Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kallas koronavirusa yoluxdu

Kallas koronavirusa yoluxdu

Tarix: 17 Dekabr 2023 18:14

Estoniyanın Baş naziri Kaya Kallas koronavirusa yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə K. Kallas feysbuk hesabında paylaşım edib.

Baş nazirin sözlərinə görə, bu gün səhər onun COVID-19 testinin nəticəsi müsbət çıxıb:

"Buna görə təəssüf ki, Polşanın yeni Baş naziri Donald Tuskun Estoniyada baş tutmalı olan ilk xarici səfəri təxirə saldıq. Həmçinin, sabah Tallində Baltikyanı ölkələrin Baş nazirlərinin görüşü də təxirə salındı".

Milli.Az


Etiketlər:  Kallas koronavirusa yoluxdu


RƏYLƏR