Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səcdə nəyin üzərinə ediləcək?

Səcdə nəyin üzərinə ediləcək?

Tarix: 18 Dekabr 2023 00:32

Bu nə peyğəmbərin, nə səhabələrinin, nə də əhli beyt imamlarının etmədiyi, sonradan şiələr tərəfindən uydurulan bir bidətdir. Cəhalət artdıqca, (istisnasız bütün məzhəblər içərisində) bidətlər və şəkilçilik ön plana çıxmışdır.

Xalçaya, taxtaya, möhürə, dəmirə, daşa, torpağa səcdə edilmir! Əsas məsələ təmiz hərhansı bir yerdə Allah üçün səcdə edilməsidir. Allah Təala, bizə;  "لَهُ يَسْجُدُونَ = səcdə edin"- dediyi zaman səcdə ediləcək hər hansı bir yerin cinsi deyil, səcdənin fiziki, mənəvi forması nəzərdə tutulur. Yəhudiləşmə təmayülünə düşənlər isə, əsl mətləbdən yayınaraq: "Nəyin üzərinə, necə, əllər necə tutulacaq, səcdədə burun da dəyəcəkmi, arxada ayaqlar necə olacaq?"- deyə, mübahisə çıxarır və müsəlmanları bir-birindən ayırırlar. Bəziləri də bunların ixtilaflarına baxıb namazlarını tərk edir. Bu eynilə yəhudilərə verilən inək misalına bənzəyir: Yəhudilərə inək kəsin deyildiyi zaman onlar, "necə bir inək, dişi yoxsa erkək, rəngi, yaşı və s. necə olacaq?"- deyə problem çıxardılar. Bu günün müsəlmanları da çox şeydə belədir.

Bu barədə hər hansı bir hədisi, ayəni dəlil gətirməyi də lüzum görmədim. Çünki, belə problemləri müsəlmanların arasından qaldırmaq üçün hədis kifayət deyil, hətta yuxarıdakı kimi ayə belə gətirsək xeyri yoxdur. Problemin həlli üçün; Allahın kitabı xaricində müqəddəsləşdirilən şeyləri qaldırmaq və yəhudiləşmiş zehniyyətdən xilas olmaq lazımdır.

Milli.Az


Etiketlər:  Səcdə nəyin üzərinə ediləcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR