Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2019 10:45
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
DSX-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurumlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi istiqamətində zəruri tapşırıqlar verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin