Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya tankı öz ərazisində minaya düşdü: ölən və yaralananlar var

Rusiya tankı öz ərazisində minaya düşdü: ölən və yaralananlar var

Tarix: 18 Dekabr 2023 07:20

Rusiyanın T-80 tankı ölkənin Belqorod vilayətinin Valuyski rayonunun Karabanovo kəndinin yaxınlığında minaya düşərək məhv olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Astra"ya mənbələr bildirib.

Bildirilib ki, insident dekabrın 16-da baş verib. Belə ki, texnika tankəleyhinə idarəolunan minanın üzərinə getməsi nəticəsində tamamilə məhv olub. Ekipaj üzvlərindən bir hərbçi ölüb, digəri yaralanıb.

Qeyd edək ki, sözügedən ərazi Ukrayna ilə sərhəddən təqribən 20 km aralıda yerləşir. Rusiya rəsmiləri məlumatı şərh etməyib.

Milli.Az


Etiketlər:  Rusiya tankı öz ərazisində minaya düşdü ölən yaralananlar var


RƏYLƏR