Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada general-mayor saxlanıldı - FOTO

Rusiyada general-mayor saxlanıldı - FOTO

Tarix: 18 Dekabr 2023 19:28

Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin rəisi, general-mayor Oleq Boyko saxlanılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ilkin məlumatlara görə, Oleq Boyko tabeliyində olan şəxslərdən yanğın təhlükəsizliyi yoxlamaları zamanı qanunsuz yolla əldə etdikləri pulun bir hissəsini onunla bölüşmələrini tələb edib. Söhbət  on milyonlarla rubldan (100 minlərlə manat) gedir.

General-mayor Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməkdaşları, İstintaq Komitəsinin və Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb və Moskvaya çatdırılacaq.

Məsələ ilə bağlı 6 ünvanda axtarışlar aparılır.

Milli.Az


Etiketlər:  Rusiyada general mayor saxlanıldı FOTO


RƏYLƏR