Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ı qayalıqlar arasında gözləyən arena - FOTOlar

“Qarabağ”ı qayalıqlar arasında gözləyən arena - FOTOlar

Tarix: 18 Dekabr 2023 21:40

Xəbər verdiyimiz kimi, "Qarabağ" Avropa Liqasının 1/16 finalında "Braqa" ilə qarşılaşacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi ev oyunlarını Braqa şəhər stadionunda keçirir.

Bu stadion unikal görünüşə malikdir. Dünyada az stadiondan biridir ki (bəlkə də yeganə), qayalıqların arasında tikilib. Braqa stadionu 30 min 286 tamaşaçı tutumuna malikdir.

Arena xüsusi olaraq Portuqaliyanın ev sahibliyi etdiyi Avro-2004-ün final mərhələsi üçün inşa olunub. Final mərhələsinin 2 qrup matçı (Bolqarıstan - Danimarka - 0:2 və Niderland - Latviya - 3:0) məhz burada keçirilib. Stadionun açılışı isə 2003-cü ildə olub.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsində 2012-ci ilin sentyabrında məhz Braqa stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. Həmin görüşdə Azərbaycan millisi 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, "Qarabağ"ın "Braqa" ilə ilk oyunu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşü fevralın 22-də Bakıda olacaq.

Milli.Az


Etiketlər:  Qarabağı qayalıqlar arasında gözləyən arena FOTOlar


RƏYLƏR