Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 23:56
Avropa Birliyinə üzv dövlətlər koronavirus pandemiyasının qaynar vaxtında aldıqları külli miqdarda vaksini məhv ediblər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, "Politiko" nəşri məhv edilən vaksinlərin dəyərinin təxminən 4 milyard avro təşkil etdiyini yazıb.
Nəşr əlavə edib ki, bütün hesablamalara görə, bu, "kifayət qədər azaldılmış" göstəricidir. Belə ki, pandemiya zamanı AB hər Avropa sakini üçün üç doza olmaqla ümumilikdə 1,5 milyard ədəd peyvənd alıb. İnsanlar isə əlavə dozalardan imtina edib, nəticədə 312 milyon doza artıq qalıb.
Qeyd edək ki, hələ koronavirusun tüğyan etdiyi zaman Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxmış, bəzi varlı ölkələrin özlərinə lazım olandan da artıq vaksin almasını qınamışdı.