Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serbiyada müxalifət seçkilərin nəticələrinin ləğvi tələbi ilə aclıq aksiyasına başladı

Serbiyada müxalifət seçkilərin nəticələrinin ləğvi tələbi ilə aclıq aksiyasına başladı

Tarix: 19 Dekabr 2023 07:34

Belqradda bələdiyyə seçkilərinin nəticələri ilə razılaşmayan "Serbiya zorakılığa qarşı" müxalifət blokunun liderləri Respublika Seçki Komissiyasından səsvermənin nəticələrini ləğv etməyi tələb edib və aclıq aksiyasına başladıqlarını bildiriblər.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Müxalifət hakim Serb Tərəqqi Partiyası (SPP) koalisiyasının son seçkilərdə qələbəsi ilə razılaşmadığını bildirib. Səslərin hesablanması hələ də davam edir.

"Serbiya zorakılığa qarşı" hərəkatının liderləri seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.

Müxalifət tərəfdarları Seçki Komissiyasının qarşısında yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırıblar.

Serbiya Seçki Komissiyasının məlumatına görə, "Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır" koalisiyası dekabrın 18-də keçirilən parlament seçkilərində lider olub. "Serbiya zorakılığa qarşı" müxalifət bloku ikinci yeri, "İvitsa Daçiç - Serbiyanın baş naziri" koalisiyası üçüncü yeri tutub.


Etiketlər:  Serbiyada müxalifət seçkilərin nəticələrinin ləğvi tələbi ilə aclıq aksiyasına başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ