Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir il ərzində Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı açıqlandı

Bir il ərzində Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı açıqlandı

Tarix: 19 Dekabr 2023 13:34

2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə min 780 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 411 obyekt azdır.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 99 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Türkiyədə 93 min 514 mənzil satın alınıb ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 20,4 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyədə 1 milyon 87 min 349 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 342 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 61,5 faiz azdır.

Eyni ilin yanvar-noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 32 min 941 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 46,1 faiz azdır.


Etiketlər:  ərzində Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ