Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ - 24 saatda 1000 ZƏLZƏLƏ - FOTO

Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ - 24 saatda 1000 ZƏLZƏLƏ - FOTO

Tarix: 19 Dekabr 2023 23:36

İslandiyada 24 saat ərzində 1000 zəlzələ baş verib. Mütəxəssislərin xəbərdarlıqlarından sonra Reykyavikdə vulkan püskürüb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, vulkan yerli vaxtla saat 22:17-də Qrindavik şəhərinin şimalında baş verib. 

Məlumata görə, bölgədən 4 min insan təhlükə səbəbilə təxliyyə edilib.

Fövqəladə vəziyyət elan edildikdən sonra, Qrindavik şəhərinə gedən bütün yollar bağlanıb və insanların küçələrdə dolaşması qadağan edilib.

Sosial mediada yayımlanan foto və videolarda vulkanın bölgədə zəlzələ və ya seysmik hadisələrdən cəmi bir saat sonra püskürdüyü göstərilir.

Milli.Az


Etiketlər:  Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ 24 saatda 1000 ZƏLZƏLƏ FOTO


RƏYLƏR