Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 10:32
Fələstinin radikal HƏMAS hərəkatının yüksəkvəzifəli nümayəndələrindən ibarət heyəti bu gün Misirə səfər etməyi planlaşdırır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "France-Presse" agentliyi yayıb.
Nümayəndə heyətinə hərəkatın siyasi bürosunun sədri İsmail Hania başçılıq edir.
HƏMAS nümayəndələrinin Misirə səfər zamanı Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların sərbəst buraxılması məsələlərini müzakirə edəcəyi gözlənilir.