Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 11:12
"WhatsApp"dan istifadəçilərin işini yüngülləşdirəcək yeni funksiya gəlir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, belə ki, tətbiqə söhbətləri təsnif etməyə kömək edən mühüm filtrlər əlavə edilib. Filtrlər söhbət siyahısının yuxarı hissəsində yerləşdirilib.
Yeni filtrlərin siyahısına "Oxunmamış", "Kontaktlar" və "Qruplar" dialoq seçimləri daxil olacaq.
Tərtibatçıların sözlərinə görə, bu yenilik müəyyən növ çatlara tez daxil olmağa imkan verəcək. Məsələn, "Oxunmamış" filtri yalnız oxunmamış mesajları ehtiva edən dialoqları, "Qruplar" isə yalnız qrup söhbətlərini göstərir.
Yeni funksiyadan hələlik beta testerlər istifadə edə bilirlər, yaxın gələcəkdə isə bütün istifadəçilər üçün əlçatan olacaq.