Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yarım milyon insan cəbhəyə göndərilir?

Yarım milyon insan cəbhəyə göndərilir?

Tarix: 20 Dekabr 2023 14:20

Prezident Vladimir Zelenskinin mətbuat konfransında açıqladığı 500 min nəfərlik rəqəm onların səfərbər etmək istədikləri əlavə insanlar deyil. İki ildir müharibədə olanları əvəz etmək üçün bu qədər ukraynalı lazımdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu hərbi ekspert və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Getman deyib.

"İnsanlarımızın çoxu bir neçə ildir mübarizə aparır, onlara istirahət vermək lazımdır. Onları əvəz edəcək adamlar olmalıdır. Ola bilsin ki, bir-iki il döyüşən bu adamları evə göndərmək lazım gələcək. Çünki bir adam bu qədər uzun müddət mübarizə apara bilməz", - A.Getman bildirib.

Onun sözlərinə görə, səfərbərlik hər kəsin cəbhəyə göndərilməsi demək deyil:

"Mən başa düşürəm ki, çoxları səfərbər olmaq istəmir. Burada başa düşmək lazımdır ki, səfərbərlik sizin mütləq cəbhədə və əlinizdə tüfəng olması deyil. Ukrayna Silahlı Qüvvələrində təmas xəttindən başqa çoxlu iş var. Mühəndislik işləri, səyyar iş, kəşfiyyat, rabitə şöbələri, döyüş xidməti, mühasibat uçotu, silah xidməti. Hətta orkestr xidməti, din xadimləri olmalıdır".

Qeyd edək ki, ötən gün Prezident Vladimir Zelenski Ukrayna ordusunun Baş Qərargahının hökumətdən 450-500 min insanın səfərbərliyə cəlb olunması ilə bağlı icazə istədiyini açıqlayıb.


Etiketlər:  Yarım milyon insan cəbhəyə göndərilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ