Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Efirə ''pijama'' ilə çıxanlar, özünüzü yığışdırın'' – VİDEO

''Efirə ''pijama'' ilə çıxanlar, özünüzü yığışdırın'' – VİDEO

Tarix: 20 Dekabr 2023 16:45

""Pijama" ilə (yataq geyimi) efirə çıxmaq heç doğru deyil... Heç bununla bloka çıxmırlar. Qapısına zibilini qoymaq üçün heç o "pijama" ilə çıxmırlar. Sən belə geyinib efirə çıxmaqla tamaşaçılara nə ötürürsən? Xalqımızın düşüncəsi ilə oynayırsan?" 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Aydın Sani qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. 

Sənətçi xanım həmkarlarının açıq-saçıq geyimdə efirə çıxmasını sərt şəkildə tənqid edib: 

"Belə şeyləri görüb susmaq düzgün deyil. Mənə deyirlər ki, sənin bunları deməyə haqqın var. Biraz özünüzə gəlin, özünüzü yığışdırın. İndi o qədər ədəbi, əxlaqı və geyimi ilə sevilən xanım ifaçılar var ki... Amma mən hərdən onları qınayıram. Deyirəm ki, siz ki meydanda deyilsiniz, ona görə də meydanı vermisiniz onlara... Belə etməklə onlar gündəmə düşürlər". 

Milli.Az


Etiketlər:  Efirə pijama ilə çıxanlar özünüzü yığışdırın VİDEO


RƏYLƏR