Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 21:42
AB ümumilikdə Ukraynaya ABŞ-dan qat-qat çox yardım edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib.
Borrell qeyd edib ki, AB ölkələri ikitərəfli razılaşma və Avropa Sülh Fondu vasitəsilə Ukraynaya 30 milyard avroya yaxın hərbi yardım göndərib:
"Bu yardım sayəsində Ukrayna müqavimət göstərə bildi. ABŞ-ın hərbi yardımı bizimkindən daha əhəmiyyətli idi, lakin hərbi, maliyyə, iqtisadi, humanitar yardımları toplasanız, Avropa Ukraynaya ABŞ-dan qat-qat çox dəstək verdi. Bu məsələdə AB-nin birliyi davam edəcəkmi? ABŞ-dan kömək yeni prezident dövründə, hətta onun seçkilərinə qədər davam edəcəkmi? Bu suallara cavab verilməlidir. Biz Avropada buna cavab verməliyik. Məncə, Ukraynanın tərəfində olmalıyıq, daha çox və daha sürətli nələrsə etməliyik, çünki Rusiya AB üçün strateji təhlükə yaradır".