Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstandan yeni REKORD

Qazaxıstandan yeni REKORD

Tarix: 21 Dekabr 2023 06:52

2023-cü ilin on ayı ərzində Qazaxıstan xarici ölkələrə 2,46 milyard dollarlıq uran satıb ki, bu da öncəki illə müqayisədə təxminən 30 faiz çoxdur.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Qazaxıstan uran ixracatından son səkkiz ildə ən yüksək gəlir əldə edib.

İxrac istiqamətləri arasında ən yaxşı irəliləyiş Çinə məxsusdur: yanvar-oktyabr aylarında Qazaxıstan ÇXR-ə 922,7 milyon dollarlıq uran tədarük edib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Rusiyaya ixrac həcmində də nəzərəçarpacaq artım qeydə alınıb: 10 ay ərzində Moskvaya satılan urandan 1,2 milyard dollar gəlir əldə edilib.

Çin və Rusiyaya ixracatın artması digər əsas istiqamət olan Kanadadakı azalmanı kompensasiya edib. 2023-cü ilin on ayı ərzində Kanadaya 168,5 milyon dollarlıq uran tədarük olunub ki, bu da ötən illə müqayisədə 70 faiz azdır.

Milli.Az


Etiketlər:  Qazaxıstandan yeni REKORD


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ