Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''da Qavini onlardan biri əvəzləyə bilər

''Barselona''da Qavini onlardan biri əvəzləyə bilər

Tarix: 21 Dekabr 2023 08:18

"Barselona" zədəli futbolçusu Qavinin yerinə iki oyunçunu nəzərdən keçirir .

Sonxeber.net qol.az-a istinadən "Barça Universal"a isitnadən xəbər verir ki, Kataloniya təmsilçisi mövsümün qalan hissəsi üçün Qavinin yerinə futbolçu axtarır.

Komandanın baş məşqçisi Xavinin özü isə başqa yarımmüdafiəçiyə ehtiyacı olduğunu bildirib. Məhz buna görə də klubun qısa siyahısına iki təcrübəli oyunçu daxildir: "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabiot və "Əl Ərəbi"nin futbolçusu Marko Verrati.

Xatırladaq ki,  Qavi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milliləri arasında keçirilən matçda (3:1) dizin çarpaz bağlarını zədələyib. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.


Etiketlər:  Barselonada Qavini onlardan biri əvəzləyə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ