Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 12:36
Türkiyənin HƏMAS-la aramızda vasitəçi olmasını istəyirik.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Fələstin "Fəth" Hərəkatının Mərkəzi Komitəsinin baş katibi Cibril ər-Rücub deyib.
HƏMAS-la görüşərək birliyə nail olmaq istədiklərini bildirən ər-Rücub Türkiyədə mühüm görüşlər keçirdiklərini açıqlayıb:
"Fələstin məsələsini müzakirə etdik. Bildirdik ki, parçalanmaya son qoymaq, milli birliyə nail olmaq istəyirik. Türkiyə çox böyük regional dövlətdir. Türkiyə parçalanmanın aradan qaldırılmasında, birliyin qurulmasında böyük rol oynaya biləcək müsəlman ölkəsidir. Hamıya açığıq, hər kəslə dialoqdayıq. İstəyirik ki, HƏMAS-dakı qardaşlarımızı vəziyyətə siyasi baxımdan yenidən nəzər salmağa sövq etsinlər".
"Fəth" HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunun məsuliyyətini üzərinə götürmüşdü.