Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 12:50
Aygün Kazımova yeni paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, Xalq artisti bir bəylə səmimi fotosunu yayımlayıb. Pop diva şəklə "Örtərik üstümüzə bu yaralanmış sevgimizi" sözlərini yazıb.
Kazımova ilə fotoda yer alan bəyin kimliyi isə maraq doğurub. Belə ki, şəkildəki şəxs dünya ulduzu Peris Hiltonunn məşhur modeli Marian Draqandır. Marian A.Kazımovanın klipində rol almaq üçün Türkiyəyə gəlib. Ekran işinin rejissoru Selim Akardır.
Marian Draqan Pop diva ilə bağlı fikirlərini bölüşərkən "Aygün Kazımova ilə çalışmaqdan böyük məmnunluq duydum. Belə gözəl layihədə yer aldığım üçün hər kəsə təşəkkür edirəm" sözlərini söyləyib.
Onu da əlavə edək ki, ötən gün ifaçı klipin tizerini də sevənləri ilə bölüşüb.
Qeyd edək ki, rumın əsilli Draqan Peris Hiltonla fotoları sayəsində məşhur olub.